62 yaşlı direktor 6-cı sinif şagirdinə necə təcavüz etdi? - İyrənc cinayətin izi ilə

6 Dekabr 2018 19:52 (UTC+04:00)

Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Məstan oğlu Alxasovun barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə kassasiya şikayət göndərilib.

AzNews.az-ın məlumatına görə, şikayətə hakim Gülzar Rzayevanın sədrliyi ilə 2019-cu il fevralın 5-də baxılacaq.

İttiham aktına görə, Gülfərz Alxasov 1996-cı ildən Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib.

O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Məhərrəmova Fidan Rəşad qızına qarşı əxlaqsız hərəkətlər edib.

Direktorun otağında əxlaqsız hərəkət

İttihama görə, Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə azyaşlı şagirdi Fidan Məhərrəmovaya qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.

Bu məqsədlə o, 20 sentyabr 2017-ci il tarixdə Fidan Məhərrəmovanı xidməti otağına çağırıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Şantaj və əxlaqsızlıq

Daha sonra Gülfərz Alxasov bu hərəkətlərinin heç kimə deməməsi barədə şagirdinə hədə-qorxu gəlib. Sonra o, növbəti günlərdə Məhərrəmova Fidan Rəşad qızını xidməti otağına çağıraraq, ona qarşı iyrənc əməllərini davam etdirib.

Gülfərz Alxasovun bu hərəkətləri həmin ilin oktyabrın 30-dək davam edib. O, hər dəfə azyaşlı qızı xidməti otağına çağıraraq, onunla seksual xarakterli hərəkətlər edib.

İddia olunur ki, Gülfərz Alxasov 6-cı sinifdə oxuyan qızı hər dəfə otağına çağıranda, onun dodağından öpüb, sonra digər hərəkətlər edib.

Direktorun sonuncu görüşü

Sonuncu dəfə oktyabrın 30-da Gülfərz Alxaasov xidməti otağına çağırdığı şagirdi ilə intim münasibətdə olmağa başlayıb. O, Fidan Məhərrəmovanı kreslosunda oturduğu vaxt qucağına alıb və öpməyə başlayan zaman məktəbin işçilərindən biri içəri daxil olub.

Bundan sonra Gülfərz Alxasovun hərəkətlərinin üstü açılıb. Onun bu hərəkətləri qəsəbədə yayılıb və olaydan xəbərdar olan qızın valideynləri polisə şikayət ediblər.

Şagirdinə təcavüz edən direktorun həbsi

Şikayət əsasında Gülfərz Alxasov həbs edilib. İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 153.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.

Azər

AzNews.az