İlham Əliyev Rusiyaya getdi - Putinin dəvəti ilə

6 Dekabr 2018 17:44 (UTC+04:00)

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.

Dövlətimizin başçısını Sankt-Peterburq şəhərindəki Pulkova-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeniy Qriqoryev və digər rəsmi şəxslər qarşladılar.(AZƏRTAC)

© AzNews.az