Nazir Rusiyanı tənqid etdi - rus dilində

6 Dekabr 2018 17:49 (UTC+04:00)

Kanadanın xarici işlər naziri Xrisyta Friland Kerç boğazındakı insidentə görə Rusiyanı tənqid atəşinə tutub.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, nazir ATƏT ölkələrinin xarici işlər nazirlərinin şurasında çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrova rus dilində müraciət edib.

"Sergey Viktoroviç, mən sizə deməliyəm ki" sözlərini kanadalı nazir rus dilində səsləndirib. Sonra isə danışığını ingilis dilində davam etdirib: "Kanada qəti şəkildə Rusiyanın hərəkətini pisləyir. Çünki bu, Azov və Qara dənizdə gəmilərin üzməsi haqda bağlanan müqavilələrə ziddir".

Lavrov isə cavabında deyib ki, rəsmi Kiyevin hoqqaları onların qərbdəki havadarları tərəfindən ört-basdır edilir.

Babək Göyüş

© AzNews.az