Fransa çempionatında daha iki oyun təxirə salındı

6 Dekabr 2018 18:21 (UTC+04:00)

Futbol üzrə Fransa çempionatının VXII turunda keçirilməsi nəzərdə tutulan "Monako" - "Nitsa" və "Sent-Etyen" - "Marsel" matçları təxirə salınıb.

AzNews.az Fransa Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub.

Qeyd edək ki, "Monako" - "Nitsa" oyunu dekabrın 7-də digər oyun isə dekabrın 10-da keçirilməli idi. Daha öncə "Tuluza" - "Lion" və PSJ - "Monpelye" matçları da eyni səbəbdən təxirə salınıb.

AzNews.az