Coşqun Rəhimov: Öldü deyə-deyə axırda öldürəcəklər məni

6 Dekabr 2018 18:32 (UTC+04:00)

“Bu şəhərdə” komandasının sevilən aktyoru, əməkdar artist Coşqun Rəhimov haqda xoşagəlməz xəbərlər yayılıb.

Sosial şəbəkədə Coşqununu dünyasını dəyişdiyinə dair şayiələr gündəmə çevrilib.

Məsələ ilə bağlı open.az-a danışan Rəhimov yayılan bu söz-söhbətin əsassız olduğunu vurğulayaraq, belə mövzulara artıq fikir vermədiyini dilə gətirib.

“Yenə başladılar? Belə xəbərlər yaymaqda, insanların məqsədi nədir anlamıram. Öldü deyə-deyə axırda məni öldürəcəklər. Allah uzaq eləsin. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir”.

AzNews.az