UEFA Şotlandiya klubuna qarşı intizam işi açdı

6 Dekabr 2018 20:07 (UTC+04:00)

UEFA Şotlandiyanın “Reyncers” klubuna qarşı intizam işi açıb.

Buna səbəb Qlazqo təmsilçisinin azarkeşlərinin Avropa Liqasının V turunda İspaniya “Vilyarreal”ı ilə ev oyunu zamanı davranışlarıdır.

“Reyncers” matç zamanı azarkeşlərin meydana daxil olmasına və kənar əşyaların atılmasına görə cəzalana bilər.

UEFA İntizam Komitəsi məsələ ilə bağlı dekabrın 13-də qərar verəcək.

Qeyd edək ki, oyunda hesab açılmayıb.

AzNews.az