Sirri Sürəyya Öndər qandallandı

6 Dekabr 2018 21:30 (UTC+04:00)

Türkiyədə Xalqların Demokrat Partiyasının (HDP) Ankara millət vəkili Sirri Sürəyya Öndər azadlıqdan məhrum edilib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26-cı İstanbul Cəza Məhkəməsi "Terror təşkilatı təbliğatı aparmaq" ittihamı ilə Sirri Sürəyya Öndərə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası verib.

Keçmiş millət vəkili cəzasını çəkmək üçün təslim olub.

Öndər həbsxananın girişində jurnalistlərə verdiyi açıqlamada sözlərinin arxasından olduğunu bildirərək, "Nə sərf etdiksə, arxasındayıq. Bütün dostlara salam olsun. Sülh və demokratiya qazanacaq", - deyə bildirib.

Açıqlamasının ardınca o,həbsxanaya daxil olub.

AzNews.az