Tarantino yeni serial çəkilişinə hazırlaşır

7 Dekabr 2018 09:12 (UTC+04:00)

ABŞ-ın tanınmış rejissoru, prodüser və ssenaristi Kventin Tarantino yeni serial çəkilişinə hazırlaşır.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı "The Hollywood Reporter" nəşri yayıb.

Mənbə bildirir ki, rejissor hazırda çəkilişlərə başlamaq üçün Skott Lansye serialının yaradıcısının dul arvadı ilə danışıqlara başlayıb.

CBS kanalı yazır ki, onun çəkdiyi "Hollivudda bir gün" filminin əsas personajının adı da Skott Lansye olub. Bu adla 1968-1970-ci illərdə klassik vestern ekranlarda yayımlanıb.

Babək Göyüş

© AzNews.az