Nazarbayev öz qızına mükafat verdi

7 Dekabr 2018 09:57 (UTC+04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev öz qızı Aliyaya ədəbiyyat və incəsənət sahəsində göstərdiyi xidmətlərinə görə 2018-ci il üzrə dövlət mükafatı verib.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, Aliya Nazarbayeva bu mükafatı "Anaya doğru gedən yol" adlı tam metrajlı bədii filmə görə alıb.

Bu mükafat Aliya ilə yanaşı filmin müəllifləri - Axan Satayev, Timur Jaksılıkov, Altınay Neqerbek və Adilə Ahmetovaya da verilib.

Qeyd edək ki, Aliya Nazarbayeva Qazaxıstan prezidentinin kiçik qızıdır.

Babək Göyüş

© AzNews.az