“Taliban” silahlıları 8 hərbçini öldürdülər

9 Dekabr 2018 16:36 (UTC+04:00)

Əfqanıstanın Farah vilayətində “Taliban” silahlılarının hücumu nəticəsində azı 8 hərbçi həlak olub, daha 6 əsgər əsir götürülüb.

Bala Buluk rayonundakı hərbi bazaya hücum edən silahlılar oradan silah və döyüş sursatları götürüblər.

Hücum zamanı baş verən atışma nəticəsində “Taliban”ın iki üzvü də yaralanıb.(AZƏRTAC)

AzNews.az