Ər-Riyad Ankaranın tələbini rədd etdi

9 Dekabr 2018 23:45 (UTC+04:00)

Ankaranın müvafiq sorğusuna baxmayaraq, Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalist Camal Kaşıkçının qətlində ittiham olunan şəxsləri Türkiyəyə təhvil verməyəcək.

Belə bir bəyanatla Səudiyyə Ərəbistanı xarici işlər naziri Adel əl-Cubeyr çıxış edib.

“Biz Camal Kaşıkçının qətlinin istintaqı çərçivəsində vətəndaşlarımızı Türkiyəyə verməyəcəyik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Kaşıkçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. (oxu.az)

AzNews.az