Bakıda gənc Türkiyə vətəndaşı dünyasını dəyişdi

10 Dekabr 2018 10:01 (UTC+04:00)

Bakının Nəsimi rayonunda ölüm faktı baş verib.

AzNews.az-ın məlumatına görə, 1984-cü il təvəllüdlü Tanel Rəncbər Bülbül prospekti 20 ünvanında ürək tutmasından keçinib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə aparılıb.

İlkin müayinələr zamanı məlum olub ki, Türkiyə vətəndaşının keçinməsinə səbəb həddən artıq alkoqollu içki qəbul etməsi olub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Azər
AzNews.az