Ərdoğan toya getdi və nikah şahidi oldu

10 Dekabr 2018 10:48 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xidmət-İş Həmkarlar İttifaqının yaradıcısı Hüseyn Tanrıverdinin oğlunun toyunda iştirak edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan toyda Ömər Faruk Tanrıverdi və Betül Poyraz cütlüyünün nikah şahidi olub.

Cütlüyün nikahını Altındağ bələdiyyə sədri Veysəl Tiryaki bağlayıb.

Ərdoğan toya həyat yoldaşı Əminə Ərdoğanla birgə gəlib.

AzNews.az