Kevin Hart “Oskar”ın aparıcısı olmaq istəmədi

10 Dekabr 2018 11:03 (UTC+04:00)

Amerika aktyoru Kevin Hart “Oskar” mükafatının 2019-cu ildə keçiriləcək təqdimetmə mərasimində aparıcısı olmaqdan imtina edib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə buna səbəb Hartın seksual azlıqlarla bağlı dediyi fikrin yaratdığı əks təsir olub.

Aktyor Kevin Hart “Amerikan ailəsi” serialı, “Çox dəhşətli kino”, “Cumanci: Cəngəlliyin harayı”, “Dəfn mərasimində ölüm” və başqa filmlərdəki rolları ilə tanınır.

Xatırladaq ki, “Oskar” kino mükafatının təqdim etmə mərasiminin aparıcılığı Kevin Harta təklif olunmuşdu.

AzNews.az