Sibel Can azərbaycanlı müğənni ilə duet oxuyacaq

10 Dekabr 2018 12:20 (UTC+04:00)

Bu barədə Sibelin özü məlumat verib.

O, “Altın Kelebek” mükafat gecəsində Xəzər TV-yə danışarkən Azərbaycanın tanınmış müğənnisi ilə mahnı oxuyacağını qeyd edib. Sənətçi aparıcı Murad Arifin israrına baxmayaraq həmin şəxsin kimliyi barədə məlumat verməyib.

Bundan əlavə, Sibel 8 martda həmin müğənni ilə Bakıda səhnəyə çıxacağını, burada solo konsert verəcəyini vurğulayıb.(qafqazinfo.az)

© AzNews.az