Makron xalqa səslənəcək - nümayişi sakitləşdirmək üçün

10 Dekabr 2018 12:37 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron xalqa səslənəcək.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Makron “Sarı jiletlilər”in nümayişini sakitləşdirmək üçün həmkarlar təşkilatlarının üzvləri və iş adamları ilə görüşməyə hazırlaşır.

Makron bu görüşdən sonra televiziya vasitəsi ilə xalqa səslənəcək.

Onun nümayişlərlə bağlı görüləcək tədbirlər barədə danışacağı deyilir.

Pərvanə Ağazadə

AzNews.az