Daha iki futbolçu Azərbaycan millisində

10 Dekabr 2018 13:26 (UTC+04:00)

Rusiyanın “Krasnodar” klubunun daha iki oyunçusu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisində çıxış etməyə razılıq verib.

Bu barədə yığmanın baş məşqçisi Vüqar Məmməd bildirib. V.Məmmədin sözlərinə görə, bunlar Azərbaycandan Rusiyaya köçən ailələrin övladları olan Sergey Peterson və Ruslan Pidlisnyakdır. 2001-ci il təvəllüdlü futbolçular müvafiq olaraq yarımmüdafiəçi və müdafiəçi mövqelərində çıxış edirlər.

İndiyə qədər Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarına çağrılan hər iki oyunçu millinin növbəti toplanışına dəvət alacaq.

Qeyd edək ki, bunadək “Krasnodar”ın gənclər komandasından hücumçu Ruslan Ərzumanov Azərbaycanın U-19 yığmasına çağırılıb. Bu futbolçu da növbəti toplanışda yer alacaq.(report.az)

© AzNews.az