Bu ölkəyə getməyin - ABŞ-dan xəbərdarlıq

10 Dekabr 2018 13:50 (UTC+04:00)

ABŞ-ın Bağdaddakı səfirliyi vətəndaşlarına İraqa səyahət etməmək barədə xəbərdarlıq edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfirlikdən verilən yazılı açıqlamada İraqın İŞİD-dən qurtuluşunun birinci il dönümünü Yaşıl Bölgə də daxil olmaqla paytaxt Bağdadın hər tərəfində fişənglərlə qeyd edəcəkləri deyilir.

Bununla yanaşı silahlı atışmaların da ola biləcəyi bildirilib.

Buna görə də ABŞ vətəndaşlarının İraqa səyahət etməməyini, orda olanların isə təhlükəsiz yerlərdə qalmağını istəyib.

Qeyd edək ki, İraqın Baş naziri Adil Abdulmehdi İŞİD-dən qurtuluşun 1-ci ildönümü ilə bağlı 10 dekabrı rəsmi tətil elan edib, bunu ölkənin müxtəlif yerlərində fişənglərlə qeyd edəcəklərini bildirib.

Pərvanə Ağazadə

AzNews.az