Niyam: Mən bədbəxt ailə başçısı idim - VİDEO

10 Dekabr 2018 13:59 (UTC+04:00)

ARB TV-nin “Hüseynova Bacıları” verilişinin növbəti qonağımüğənni Niyam Salami olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi keçmiş ailəsindən söz açıb:

“Mən bədbəxt ailə başçısı idim. Evli olmuşam. 7 yaşında oğlum var, məktəbə gedir. Bundan sonrakı ömrümü ailəmə, bacılarıma, öz nəslimə həsr etmişəm. Nəslim korluq çəkməsin. Suraxanıda qəşəng ev tikmişəm, yuvam var, içində yumurta da var, balası da çıxıb. Hər şey etdim. Bircə anam xəstə olmasın. Ona bir şey olmasın. Səhnəyə çıxıb oxuyanda ilk olaraq özümü düşünürəm. Çünki, sənət adamları natamam olur”.

AzNews.az