Putin hərbi kəşfiyyatı ona tapşırdı

10 Dekabr 2018 14:07 (UTC+04:00)

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinə vitse-admiral İqor Kostyukov rəhbər təyin edilib.

“İnterfaks” agentliyi təyinatın keçən həftə baş tutduğunu yazıb.

Qeyd edək ki, bundan öncə Kostyukov Baş İdarə rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı idi. O, bu vəzifəyə İqor Korobovun ölümündən sonra gəlmişdi.

Baş İdarə əvvəllər Baş Kəşfiyyat İdarəsi (QRU) adlanıb.(axar.az)

© AzNews.az