Ermənistan parlamentində qüvvələrin yeni nisbəti

10 Dekabr 2018 14:17 (UTC+04:00)

Bundan əvvəlki çağırışda deputatların sayı 105 olub.

Deputatların sayının 105-dən 132-yə qalxması Paşinyanın başçılıq etdiyi “Mənim addımım” blokunun 70%-dən çox səs alması ilə bağlıdır. Belə ki, Seçki Məcəlləsi müxalifətin ən azı kürsülərin 1/3-dən çoxunu tutmasını tələb qoyur.

Hesablamalar göstərir ki, hakim “Mənim addımım” bloku parlamentdə 88 mandata malik olacaq. “Çiçəklənən Ermənistan” partiyası əlavə yerlərlə birlikdə 26, “İşıqlı Ermənistan” isə 18 deputat kürsüsünə malik olacaq.(modern.az)

© AzNews.az