“Google”un proqramçısı iş yerində öldü

10 Dekabr 2018 14:56 (UTC+04:00)

Bu haqda CBS2 telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata əsasən, S.Krulçik şirkətin Nyu-Yorkdakı ofisində huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə gələn həkimlər gəncin öldüyünü qeydə alıb. Onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Ölüm səbəbi meyitin müayinəsindən sonra açıqlanacaq.

Telekanalın məlumatına əsasən, S.Krulçik “Google” şirkətində proqram mühəndisi işləyib.(oxu.az)

© AzNews.az