“Parlament seçkilərinin indi keçirilməsi böyük səhv idi” - Erməni politoloq

10 Dekabr 2018 16:11 (UTC+04:00)

Erməni politoloq Stepan Danielyan sosial şəbəkədə yazdığı statusda bildirib ki, növbədənkənar seçkilər nəticəsində formalaşacaq bu parlament əslində müvəqqəti, böhran parlamenti olacaq: "Seçkilərdən bir neçə həftə əvvələ qədər bir çox ekspertləri məhz səsverməyə gələcək insanların faizi maraqlandırırdı. Siyasi sistem dağılıb. İnsanlar siyasi partiyalara inanmırlar. Bu inamsızlıq Nikol Paşinyanın yaratdığı bloka da aiddir. Seçkilərə gələnlərin isə əksəriyyəti məhz Nikolun özünə səs verəcək. Əgər Paşinyanın reytinqi aşağı düşsə, ounun siyahısı ilə müəyyənləşdirilən parlamentin heç bir əhəmiyyəti qalmayacaq. Paşinyan blokunun da bəyan etdiyi kimi, bu seçkilər baş naziri seçmək üçündür. Əslində isə bu seçkilər baş nazir yox, parlamenti seçməli idi. Faktiki olaraq parlament seçkiləri şəxsi seçkilərə çevrildi. Proses yazda təşkil olunmalı idi. Seçkilərin indi keçirilməsi böyük səhv idi".(hafta.az)

© AzNews.az