2019-cu ildə F1 Meksika Qran-Prisi sonuncu ola bilər

10 Dekabr 2018 16:43 (UTC+04:00)

Bunun səbəbi Meksika hökumətinin gələn ildən sonra bu yarışları dəstəkləmək niyyətinin olmamasıdır.

Keçmiş idmançı və hazırda Milli İdman Komitəsinin üzvü olan Ana Qabriela Qevara “F1i” portalına deyib: “Bu problemin həlli yollarını araşdırmalıyıq. Hökumətin niyyəti aydındır, o, vergiödəyicilərinin pullarını Formula 1 mərhələsi keçirməyə xərcləmək istəmir.

Meksikada əhalinin böyük hissəsi yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayır, Formula 1-in Meksikaya qayıtması isə korrupsiya halları ilə müşayiət olunub. Yarışların Meksikaya qayıtması üçün həddindən artıq çox rüşvət verilib”.

Qeyd edək ki, Meksika Qran-Prisi ard-arda dörd dəfə mövsümün ən yaxşı mərhələsi elan olunub.(AZƏRTAC)

© AzNews.az