AYB-də Mahmud Qaşqarlı mükafatı təqdim edildi - FOTOLAR

10 Dekabr 2018 16:51 (UTC+04:00)

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Avrasiya Yazarlar Birliyinin V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AzNews.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə AYB katibi Rəşad Məcid açıb.

O, bildirib ki, müsabiqəyə 19 müəllifin 22 hekayəsi təqdim edilib: “Əsərləri Tahir Kazımlının, Natiq Məmmədlinin, Mirmehdi Ağaoğlunun, Təranə Vahidin, Cavid Zeynallının və mənim daxil olduğum münsiflər heyəti qiymətləndirib. Hekayələr münsiflərə şərti adlarla göndərilib. Qiymətləndirmə isə 10 ballıq sistemlə aparılıb”.

Sonra münsiflərdən Tahir Kazımlı, Təranə Vahid, Cavid Zeynallı və Mirmehdi Ağaoğlu çıxış edərək müsabiqə barədə təəssüratlarını bölüşüblər.

Daha sonra qaliblər mükafatlandırılıb. Qaliblərə diplom və pul mükafatları təqdim olunub.

Xatırladaq ki, Reyhan Yusifqızının “Qumlu şəhərin hekayəti” hekayəsi 50 balla birinci, Vüsal Nurunun “İlda” hekayəsi 45 balla ikinci, Aslan Quliyevin “Döyüşçü” hekayəsi 44 balla üçüncü yeri qazanıb.

Sonda xatirə şəkilləri çəkilib.

AzNews.az