Sabunçuda 3 otaqlı ev yandı

10 Dekabr 2018 19:37 (UTC+04:00)

Bakının Sabunçu rayonunda ümumi sahəsi 75 kv.m olan birmərtəbəli ev yanıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az