Kolumbiyada basketbolçular qəzaya düşdü - 13 ölü, 20 yaralı

10 Dekabr 2018 23:54 (UTC+04:00)

Kolumbiyada ağır yol qəzası baş verib.

Həvəskar basketbol komandasının oyunçularının olduğu avtobus Yotoko şəhərində aşıb. Nəticədə 13 basketbolçu ölüb, 20 nəfər yaralanıb.

Hadisəyə səbəb kimi əyləc sisteminin işə düşməməsi və sürücünün idarəetməni itirməsi göstərilir. (qafqazinfo)

AzNews.az