Yəmən əhalisinin 70 faizi aclıq çəkir - BMT

11 Dekabr 2018 09:15 (UTC+04:00)

Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb. Bu da əhalinin 70%-ni təşkil edir.

Bu barədə BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Mark Loukok jurnalistlərə bildirib.

"Aclıq çəkənlərin sayı 20 milyon nəfərə çatıb ki, bu da ölkə əhalisinin 70 faizini təşkil edir", - deyə o qeyd edib. Loukokun vurğuladığı kimi, bu, 2017-ci illə müqayisədə iki dəfə artıqdır.

Onun sözlərinə görə, hazırda Yəmənə 152 dövlət yardım göstərir.

Loukok bir neşə ay əvvəl bildirib ki, Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər.(report.az)

© AzNews.az