Türkiyədə 26 terrorçu məhv edildi

11 Dekabr 2018 09:42 (UTC+04:00)

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkənin təhlükəsizlik qüvvələri bu müddətdə terrorçulara və onların əlaltılarına qarşı 2817 əməliyyat keçiriblər. Əməliyyat zamanı 1 terrorçu öldürülüb, 19 nəfər ələ keçirilib, 6 terrorçu isə silahı yerə qoyaraq könüllü təslim olub.

Ölkənin 9 əyalətində terrorçuların 40 sığınacağı məhv edilib. Qanunsuz silahlı birləşmə üzvlərindən xeyli miqdarda partlayıcı maddə, silah və döyüş sursatı müsadirə olunub.

Əməliyyatlar zamanı 4403 nəfər saxlanılıb. Onlardan 926 nəfəri terrorçuluqda, 187 nəfəri qanunsuz miqrasiya ilə bağlı cinayətlərdə şübhəli bilinir. 3290 nəfər narkotik maddələrin satışında və qaçaqmalçılıqda ittiham edilir.(report.az)

© AzNews.az