Siqaret kötüyünü yerə atsanız... Qanun bu gündən qüvvədədir

11 Dekabr 2018 12:11 (UTC+04:00)

Siqaret kötüyünü yerə atanlar 50 manat cərimə olunacaqlar.

AzNews.az xəbər verir ki, bu gündən rəsmi hüquqi qüvvə alan qanuna (İnzibati Xətalar Məcəlləsiniin 212-ci maddəsinə edilən əlavələr) əsasən, siqaret kötüyünü hara gəldi atanlar 50 manat cərimə olunacaqlar.

Qeyd edək ki, İXM-ə yeni daxil edilən 212.4-cü maddədə deyilir:

"Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə - əlli manat məbləğində cərimə edilir".

Elgün
AzNews.az