Ramil Usubov əmr imzaladı - Yeni təyinat

11 Dekabr 2018 11:58 (UTC+04:00)

Bir müddət əvvəl Tərtər rayon Polis Şöbəsinin bir neçə əməkdaşı daxili işlər nazirinin əmri ilə tutduqları vəzifədən azad ediliblər.

AzNews.az-ın məlumatına görə, Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) keçmiş rəis müavini, polis polkovnik-leytenantı Ərşad Əhmədov Ağdam Rayon Polis Şöbəsinə təhqiqatçı təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Ağdam RPŞ-nin rəisi olan Elçin Qasımov Tərtər RPŞ-yə rəis təyin olunub.

Bundan sonra Tərtər RPŞ-nin şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov, şöbənin cinayət axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov və şöbənin kadrlar üzrə baş inspektoru, baş leytenant Firudin Ağayev tutduqları vəzifədən azad ediliblər.(unikal.org)

Azər
AzNews.az