ABŞ-dakı yanğında 5 uşaq öldü

11 Dekabr 2018 12:34 (UTC+04:00)

ABŞ-ın Ohayo ştatında, Pensilvaniya ilə sərhədin yaxınlığındakı Yanqstaun şəhərində baş verən yanğın zamanı 5 uşaq həlak olub. Bu barədə ştatın hüquq-mühafizə orqanları xəbər veriblər.

Yanqstaun şəhər şurasının üzvü Anita Devisin məlumatına görə, uşaqlar 1-9 yaş arası olublar.

Həmçinin bildirilir ki, həlak olan körpələrin analarını xilas etmək mümkün olub.(AZƏRTAC)

© AzNews.az