Bu il Rusiyada 65 terrorçu məhv edilib

11 Dekabr 2018 13:23 (UTC+04:00)

Bunu Rusiya Milli Antiterror Komitəsinin iclasında Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib.

O bildirib ki, 236 quldur, 36 dəstə başçısı, 589 yardımçı şəxs saxlanılıb.

“Dağıstan, İnquş, Çeçenistan respublikaları, Stavropol diyarı ərazilərində terror hücumları hazırlayan 37 terror yuvasının fəaliyyətinə son qoyulub”, – FTX rəhbəri vurğulayıb.(virtualaz.org)

© AzNews.az