“Bu, növbəti erməni həyasızlığıdır...” - Deputat

11 Dekabr 2018 13:37 (UTC+04:00)

Ermənistanda oyuncaq seçkilərlə yenidən baş nazir kürsüsünü qamarlayan Paşinyanın heç bir şərt irəli sürmədən Türkiyəni sərhədləri açmağa səsləməsinə münasibət bildirən millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev bunları deyib:

"Mən əvvəllər də söyləmişdim ki Psşinyan və Ermənistan kiminsə əlində kukla olmaq istəmirsə, Ermənistanın inkişafını istəyirsə, Qarabağı işğaldan azad etməli,Türkiyə və Azərbaycana münasibətdə yaxın qonşuluq siyasəti yürütməlidir. Əks halda Köçəryan və Sarkisyan kimi onu da iflas gözləyir. Qarabağdan geri çəkilməsə, Türkiyə bu işğalçı ölkə ilə heç zaman sərhədləri açmaz. İndiki halda işğalçı ilə sərhədləri açmaq Azərbaycana ən böyük xəyanət olar ki, qardaş ölkə bunu heç vaxt etməz. Biz buna zərrə qədər də şübhə etmirik. Odur ki, Paşinyanın Türkiyəyə yönəlik təxribatçı çağırışı növbəti erməni həyasızlığının ifadəsidir və buna əhəmiyyət verməyə dəyməz".(moderator.az)

© AzNews.az