NASA-nın kosmik raketi Marsdan “selfi” göndərdi

11 Dekabr 2018 13:57 (UTC+04:00)

NASA-nın yeddi ay ərzində səyahət edərək Marsa çatan “InSight” adlı kosmik raketi artıq işlək vəziyyətə gəlib.

AzNews.az-ın məlumatına görə, “InSight” raketi endiyi yerin formasına uyğunlaşa biləcək şəkildə dizayn edilib, onun ətrafda gəzmək üçün təkərləri yoxdur.

1,8 metrlik “qolunun” dirsək hissəsində isə ətrafını tamamilə görə biləcək kamera yerləşdirilib. “Robot qol” bölgənin tam xəritəsini hazırlayıb analiz etdikdən sonra cihazın tam şəkildə quraşdırılmasına başlayacaq və raketin digər hissələrinin formalaşmasını təmin edəcək.

Elgün
AzNews.az