Rusiyada minimal əməkhaqqı artırıldı

11 Dekabr 2018 14:13 (UTC+04:00)

Rusiya Dövlət Duması 2019-cu ilin yanvar ayından ölkədə minimal əməkhaqqının məbləğinin artırılması barədə qərar qəbul edib.

Yanvarın 1-dən bu ölkədə ən aşağı aylıq əməkhaqqı 11280 rubl olacaq.

Amerika valyutası ilə ifadə olunduqda bu 168 dollar deməkdir.(virtualaz.org)

© AzNews.az