Paşinyandan Moskvaya mesaj: “NATO-ya üzv olmuruq, amma...”

11 Dekabr 2018 15:15 (UTC+04:00)

Bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.

Bununla belə Paşinyan NATO ilə münasibətlərini davam etdirəcəklərini açıqlayıb:

“NATO ilə münasibətlərimiz var, bu ittifaqın Əfqanıstan və Kosovoda sülhyaratma missiyalarında iştirakımızı davam etdirəcəyik. Amma NATO-ya üzv olmaq üçün çalışmırıq”.

Paşinyan əlavə edib ki, Ermənistan həm Rusiya, həm də Avropa İttifaqı ilə tərəfdaşlıq edir, lakin heç kimin təsiri altında qalmayacaq:

“Biz həm Rusiya Federasiyası, həm də Avropa İttifaqı ilə tərəfdaşıq və heç kimin təsiri altında deyilik”.(teleqraf.com)

© AzNews.az