“İki gənc BŞİH-nin binasını necə yandıra bilərdi?”
13 Aprel 2013 08:02 (UTC+04:00)
Mahmud Hacıyev: "Hüquq-mühafizə orqanları inanclı insanlara qarşı davranışında həssas olmalıdır"
Bakı Şəhər İcra Hakimiyyətinin binasının yandırılması cəhdinin qarşının alınması barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumat dindarların ölkədə ajiotaj yaratmaq istədiyindən xəbər verir. Dindarların həbsinə bu cür qarşılıq vermək istəyən şəxslərdən ikisinin həbs olunmasının ölkədə yeni bir prossesin başladığını göstərir. Belə ki, son aylar ölkədə islamçıların fəallaşması fonunda bu cür hadisələrin baş verməsi təsadüfi deyil. Xüsusi ilə seçkiqabağı ərəfədə inanclı insanların təxribatlar tərətməyə cəhd etməsi ölkə üçün yaxşı prespektiv vəd etmir.
Sabiq polis rəisi Mahmud Hacıyev AzNews.az-a açıqlamasında dindarların fəallaşmasına münasibət bildirdi:
"Hüquq-mühafizə orqanları inanclı insanlara qarşı davranışında həssas olmalıdır. Son baş verənlər barədə məlumatlar nəsə mənə çatmır. İki gənc BŞİH-in binasını necə yandıra bilərdi? Bu bina polis tərəfindən qorunur. Dindarlar da ağılsız adam deyillər. Ona görə, kimisə həbs edəndə, həssas olmaq lazımdır. Çünki, bu cür hərəkətlərin qarşılığı mütləq olur. Hər halda istintaq bu məsələlərə aydınlıq gətirəcək. Bununla belə dindarlar adi vətəndaşlardan fərqli olaraq, onalara qarşı olunan haqsılıqlara adekvat reaksiya verməyə çalışırlar. Son illər dindar vətəndaşlarımıza qarşı çox haqsızlıqlar olub. Bu bir faktdır. Hüquq-mühafizə orqanlarını dindarları həbs edən zaman onlarla qanun çərçıvəsində davranmırlar. Hakimiyyətin də bu istiqamətdə atdığı addımlar başa düşmək olmur. Eyni sözü deyən dindarla müxalifətçiyə münasibət fərqlidir".
Nazim
AzNews.az