Vaşinqtonun Seattle şəhərində 69 yaşlı qadın krandan su içib. Nəticədə bədəninə daxil olan amöblər onun beynini yeyib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, amöblərin əvvəlcə onun burnuna, sonra isə beyninə çıxdığı deyilir.
Qadın əvvəlcə burnunda çıxan yaraya görə həkimə gedib. Bunun adi qızartı olduğunu düşən həkimlər antibiotik yazıblar. Ancaq şikayəti keçməyən qadın daha sonra dəri həkiminə gedib. Bir müddət sonra bədəninin sol tərəfi titrəməyə başlayan qadın axırda sudurğa keçirib və xəstəxanaya aparılıb.
Qadının beynində şiş olduğunu düşünən həkimlər analiz üçün nümunə götürüblər. Kütlənin böyüdüyünə görə əməliyyat etməyə qərar veriblər. Xəstənin beynini incələmək üçün kəlləsini açanda isə səbəbini tapıblar.
Xəstəni əməliyyat edən həkim “Beyninin hər yeri amöblə doluydu. Onlar sürünərək beyin hüceyrələrini yeyirdilər. Nə olduğu barədə heç bir fikrim yoxdur”, - deyib.
Həkimlərin amöbə qarşı dərman müalicəsi tətbiq etmələrinə baxmayaraq komaya düşən qadının həyatını itirdiyi açıqlanıb.
“International Journal of Infectious Diseases”in nəşrinin yazarı Keenan Piper "Bu, o qədər nadir xəstəlikdir ki, burnundakı yaranın beyni ilə əlaqəli olduğu heç kimin ağlına belə gəlməzdi”, - deyə bildirib.
Qeyd edək ki, amöb 1986-cı ildə kəşf olunub. 1993-cü ildən bəri ABŞ-da bunun kimi ən azı 70 hadisənin baş verdiyi açıqlanıb.
Həkimlər bu xəstəliyin 89%-nin ölümlə nəticələndiyini bildirib.
AzNews.az