Londonda kitab sərgisi keçiriləcək

13 Aprel 2013 08:08 (UTC+04:00)
Londonda növbəti beynəlxalq kitab sərgisi keçiriləcək. Sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı Amerika, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan, Türkiyə və s. ölkələrdən 500-ə yaxın təşkilat iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycan bu sərgidə 2009-cu ildən təmsil olunur.

Qeyd edək ki, sərgi Londonda öz işini 15-17 aprelə kimi davam etdirəcək.

Bahar Rüstəmli
AzNews.az