ATƏT PA sədri: İşğalçılara qarşı sanksiyalar tətbiq olunmalıdır

11 Dekabr 2018 23:36 (UTC+04:00)

Cənubi Qafqaz regionundakı mövcud münaqişələrlə bağlı vəziyyətdə irəliləyiş yoxdur. Bu isə təkcə region üçün deyil, Avropa üçün də ciddi təhlükə mənbəyidir.

Bunu AZƏRTAC-a müsahibəsində ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib.

“Bu gün Cənubi Qafqazın iki ölkəsinin – Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqları işğal olunub. Artıq neçə illərdir ki, bu münaqişələrin həlli istiqamətində aparılan danışıqlar nəticə vermir. Ona görə də hesab edirəm ki, işğalçılara qarşı ciddi tədbirlər görülməli, sanksiyalar tətbiq olunmalıdır”, - deyə o vurğulayıb.

G. Tsereteli bu məsələni ATƏT xarici işlər nazirlərinin toplantısında da qaldırdığını bildirib.

AzNews.az