2018-ci ildə ən çox qazanan yazıçıların adları bəlli oldu

12 Dekabr 2018 09:09 (UTC+04:00)

2018-ci ildə ən çox qazanan yazıçılar siyahısına 86 milyon dollar ilə ABŞ-lı yazar Ceyms Patterson başçılıq edir.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, Forbes jurnalının hazırladığı reytinqə görə, ABŞ-da bu il ərzində yazarların 24.5 milyon kitabı satılıb və ümumilikdə onlar 283 milyon dollar qazanıblar.

İlk yerdə 86 milyon dollar ilə Ceyms Patterson qərarlaşıb. İkinci yeri Harri Potterin sərgüzəştləri haqda kitab yazan Coan Roulinq ələ keçirib. O, 54 milyon dolların sahibi olub. Üçlüyü isə 21 milyon dollar ilə Stiven Kinq qapayıb.

Reytinqdə Con Qrişem, Den Braun, Ceff Kinni, Maykl Vulf, Nora Roberts, Daniela Stil, Rik Riordan və Erika Leonard Ceymsin də adları var.

Babək Göyüş

© AzNews.az