"Rusiyanın baş konsulluğu bağlansın"

12 Dekabr 2018 09:31 (UTC+04:00)

Ukraynanın Lvov vilayət şurası Rusiya Federasiyanın bu şəhərdə yerləşən Baş konsulluğunun bağlanması haqda Ukrayna xarici işlər nazirliyinə müraciət edib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı vilayət şurasının mətbuat xidməti yayıb. Bu addımın Azov dənizində saxlanılan Ukrayna dənizçilərinə görə edildiyi vurğulanıb.

Şuranın növbədənkənar keçirilən iclasında 84 deputatdan 61-i bu layihənin lehinə səs verib.

Babək Göyüş

© AzNews.az