“Twitter“ məşhurluğu ilə “facebook“u geridə qoydu

13 Aprel 2013 08:35 (UTC+04:00)
"Piper Jaffray" şirkətinin araşdırmasına əsasən, "Facebook" sosial şəbəkəsinə gənclərin marağı əhəmiyyətli dərəcədə azalıb.

Rəyi soruşulmuş 5200 gəncin 33%-i "Facebook"u hələ də ən sevimli sosial şəbəkə adlandırırlar, bir il ərzində onun populyarlığı 20% azalıb.

"TechCrunch" bloqu qeyd edib ki, gənclərin marağı yalnız "Facebook"a deyil, həmçinin "YouTube", "Tumblr" və "Flickr"-ə azalıb.

"Twitter" gənclər arasında populyarlığa görə ikinci ən böyük sosial şəbəkədir. Sonrakı yerdə "Instagram" qərarlaşıb.

Qeyd edək ki, sonuncunun pərəstişkarlarının sayı durmadan artır.

İlk beşlikdə, həmçinin "Google+" və "Tumblr" sosial şəbəkələri də yer alıb

AzNews.az