Azərbaycanda zəlzələ oldu

12 Dekabr 2018 10:14 (UTC+04:00)

Dekabrın 12-də yerli vaxtla saat 00:41:36-da Ağdam stansiyasından 14 km şimal-şərqdə Ağcabədi ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin maqnitudası 3.0, dərinliyi 24 km olub.

Zəlzələ hiss olunmayıb.

© AzNews.az