Rusiya bankı Azərbaycanı tərk edir

12 Dekabr 2018 10:51 (UTC+04:00)

Bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd olunub.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, korpus 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Rusiya Kənd Təsərrüfatı Bankı”nın Azərbaycandakı nümayəndəliyi 2010-cu ilin martın 16-da dövlət qeydiyyatına alınıb. Nümayəndəliyin qanuni təmsilçisi Bəxtiyar Ağayevdir.

© AzNews.az