“Tesla” keçmiş əməkdaşından təzminat istəyir

12 Dekabr 2018 11:04 (UTC+04:00)

ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti keçmiş mühəndis-texnoloqu Martin Trippdən 167 mln. ABŞ dolları təzminat almağa qərar verib.

Bu barədə xarici mətbuat xəbər verir.

"Tesla" iddia edir ki, M.Trippin şirkət haqqında jurnalistlərə səhv məlumatlar verib.

Bu da “Tesla”nın səhmlərini ucuzlaşdırıb.

M.Trippin vəkili isə bu ittihamları absurd hesab edir.(report.az)

© AzNews.az