Almaniyanın ən təhlükəli terrorçusu Türkiyəyə qaçdı

12 Dekabr 2018 11:22 (UTC+04:00)

Xəlil.D Frankfurt beynəlxalq velosiped yarışı və Frankfurt maliyyə mərkəzinə bombalı hücum planlamaqda ittiham olunaraq 2015-ci ildə həbs olunmuşdu.

Bundan sonra terror təşkilatına üzv olmaqda ittiham edilib.

2018-ci ilin yanvar ayında həbsdən çıxan Xəlil.D qanuna uyğun olaraq hər həftə polisə gedərək özü haqqında informasiya verirmiş.

Almaniyada ən təhlükəli terroristlər arasında göstərilən Xəlil.D-nin ötən ay Türkiyəyə qaçdığı bildirilib. Polis onun Türkiyəyə quru yollarla getdiyindən şübhələnir.(teleqraf.com)

© AzNews.az