Təbii fəlakətlər İndoneziyada 4 min 211 can aldı

12 Dekabr 2018 13:21 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın Milli Fəlakət Agentliyinin sözçüsü Sutopo Purvo Nuqroho verdiyi açıqlamada bildirib ki, ölkə daxilində 1 yanvar - 10 dekabr 2018 tarixlərində yaşanan 2 min 374 fəlakət nəticəsində 4 min 211 nəfər həyatını itirib.

Nuqroho təbii fəlakətlərdə 6 min 940 nəfərin yaralandığını və təqribən 10 milyon nəfərin isə yer dəyişdirmək məcburiyyətində qaldığını qeyd edib.

Elgün
AzNews.az