Nazirin uçduğu təyyarədə pilotun kabinasında ön şüşə çatladı - təcili eniş

12 Dekabr 2018 13:49 (UTC+04:00)

Bolqarıstanın müdafiə naziri, baş nazirin müavini Krasimir Karaçanovun "Bulgaria Air" avia şirkətinə məxsus olan təyyarədə Sofiya şəhərindən Brüsselə uçduğu zaman problem yaşanıb. Nəticədə təyyarə Vyana şəhərində təcili eniş edib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı "Radio Bulgaria" yayıb.

Məlumata görə, pilotun kabinasında ön şüşə çatlayıb. Təyyarədə olan sərnişinlərin "Bulgaria Air" avia şirkətinin ehtiyat təyyarəsi ilə Brüsselə yola salındığı deyilir.

İnsident zamanı heç kəs xəsarət almayıb.

Babək Göyüş

© AzNews.az